Türkiyə millisi üçün son şans (YENİLƏNİR)
"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.
Feat.az-ın məlumatına görə, bu gün D qrupunda iki oyun keçiriləcək.
Turnirə arzuladığı kimi başlaya bilməyən Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. Qardaş ölkə 1/8 finala çıxmaq şansını saxlamaq üçün bu görüşdə mütləq qalib gəlməlidir. Əks təqdirdə Türkiyə millisi Avropa çempionatı ilə vidalaşmalı olacaq.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə qarşılaşacaq. Qrup lideri olan ispanları bu oyunda bərabərlik də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidir.
Qeyd edək ki, hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
D qrupu
23:00. Çexiya – Türkiyə
Lans. "Bollart-Delelis" stadionu.
23:00. Xorvatiya - İspaniya
Bordo. "Bordo" stadionu.