"Neftçi"nin cırtdan ölkəni təmsil edən rəqibi : "Baltsan"

21 Haziran 2016
1 343
0
"Neftçi"nin cırtdan ölkəni təmsil edən rəqibi : "Baltsan"
“Neftçi” klubunun Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun kimliyinə aydınlıq gəlib. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar.

Belə ki, şəhərin gənclərindən təşkil olunan komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından I diviziona qayıdıblar. “Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. “Baltsan” 1/4 finala kimi irəliləyib.

Son mövsümdə 4-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda ötən il debüt edib. Lakin Bosniya və Herseqovinaının “Jelezniçar” klubu ilə qarşılaşan “Baltsan” evdə 0:2, səfərdə 0:1 hesabı ilə uduzub.

Prezidenti Anton Taqliaferro olan klubu Oliver Spiteri çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. Heyətində Braziliya, Kolumbiya, Çernoqoriya, İtaliya və Moldovadan legionerlə çıxış edib.

Qeyd edək ki, iyunun 30-da “Baltsan”ı evdə qəbul edəcək “Neftçi” iyulun 7-də səfərdə meydana çıxacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET