AVRO 2016-da Azərbaycanlı azarkeşlərin gözlədiyi oyun : Türkiyə - Xorvatiya

12 Haziran 2016
1 966
0
AVRO 2016-da Azərbaycanlı azarkeşlərin gözlədiyi oyun : Türkiyə - Xorvatiya
AVRO 2016-da Azərbaycanlı azarkeşlərin gözlədiyi oyun : Türkiyə - Xorvatiya
Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.

Feat.az-ın məlumatına görə, bu gün D qrupunda bir oyun keçiriləcək.

Azərbaycan futbol azarkeşlərinin diqqəti Fransaya yönələcək. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrupdakı digər qarşılaşma İspaniya - Çexiya milliləri arasında sabah keçiriləcək.

Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.