Tər qoxusunun qarşısını alan 3 TƏBİİ ÜSUL
Üsul 1.
Bunun üçün ehtiyacınız olan tək şey bir neçə damcı limon suyudur.Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limon şirəsini qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.
Üsul 2.
1 sprey şüşəsi
Alma sirkəsi
Su
Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq.
Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.
Üsul 3.
Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.