Ana səhifə
loading...
loading...

Həyat gerçəkləri ironik ifadələrlə

Xəbər / Maraqlı / Aforizmlər və deyimlər / Maraqlı Yazılar
29 Oktyabr 2016
601
0
Həyat gerçəkləri ironik ifadələrlə
Bu ifadələr “GS Elevator Gossip” nikli tvitter hesabından paylaşılır. Müəllifin iddiasına görə, onun paylaşdığı aforistik ifadələr Amerikanın biznes dairələrində populyardır. İndiyədək paylaşdığı 1296 tvittdən bir qismini iki kateqoriyada təqdim edirik.

BƏŞƏRİYYƏT HAQDA


1. İnsanlara balıq tutmağı öyrətsən də faydası yoxdur, seçki zamanı gedib yenə də, ona balıq vəd edənlərə səs verəcəklər.

2. Gözəl olmayan adamlar səhnəyə buraxılan zamanlarda musiqi indikindən yaxşı idi.

3. Çirkin fahişələrin bu qədər çox olması kişilərin və azad bazarın mahiyyətindən xəbər verir.

4. Köklük və aclıq problemlərinin paralel mövcudluğu bəşəriyyətin necəliyini ən yaxşı izah edən faktdır.

5. Kasıbların tezbazar yeməklərə üstünlük verməsi məni belə qənaətə gətirib ki, onlar vaxtı qızıldan qiymətli sayırlar.

6. Fiziki zorakılığa üstünlük vermək vəhşilərin işidir. Özünü mədəni adam sayanların bir çoxu ruhən öldürməyi, mənən sındırmağı, ümidləri puç etməyi üstün tuturlar. İndi deyin: kim daha vəhşidir?

7. Ali mütəxəssis təhsili olmayan məhşurlardan niyə mütəxəssis rəyi soruşurlar?

8. Nelson Mandelanın ölümünü sosial şəbəkələrdə müzakirə edənlərin 98 faizi onun həyatı barədə adi faktları bilməyən adamlar idi.

9. Suriya müharibəsi haqda danışanların əksəriyyəti xəritədə onun yerini bilməyənlərdir.

10. Çox heyf ki, kütbeyinlik öz yiyəsinə başağrısı vermir.

11. Əyri əməllərdən əl çəkmək əvəzinə, bağışlanmaq üçün gül dəstəsi vermək yaxud üzrxahlıq etmək qat-qat asandır və işə yarayır. Belə üsullar olmasaydı, adamlar yaxşıya doğru dəyişə bilərdilər.

12. İnsanların həyatı haqda film çəkilsəydi, onların əksəriyyəti öz rolunda olmaq istəməzdi. Çünki yaramazlıqlarının aşkar olunmasını istəməzlər.

13. Uşaqlar gərək bunu dərk etsinlər: Canta Klauz varlı uşaqlarını daha çox istəyir.

14. Darvin dünyanın bu qanununu nəzərə almamışdı: ağıllı adamlar kütbeyinlərlə müqayisədə az sayda övlad sahibi olurlar.

15. Cəmiyyət olaraq indi daha ağıllıyıq, sadəcə, texnologiyalar ağıldan kəmlərə danışmaq imkanı yaratdığından belə kütbeyin görünürük.

16. İnsanların böyük hissəsinin nə qədər kütbeyin olduqlarını dərk etməyəcək qədər səfeh olması bizim cəmiyyətin təməlidir.

17. Adamların bir çoxu azadlıq anlayışını kiminsə pulları kimi başa düşür.

18. Xoşbəxtliyi pulla almaq olmur, amma pul insanı bədbəxt edən halların 95 faizini aradan qaldırmaq gücündədir.

19. Varlı olmağı yalnız ona görə istəyirəm ki, gecə-gündüz pul barədə düşünməyə son qoyum.

20. Yalnız bir şeydə mahir ola bilərsənsə, yalan danışmaqda mahir ol. O zaman hər şeydə mahir sayacaqlar səni.

21. Kim olmağın fərq etməz – şir yaxud ceyran. Hər iki halda ən ləng qaçan ceyrandan bir az daha sürətli qaça bilmən gərəkdir.

22. Bütün pişiklər libertariandır: bir-birindən möhkəm asılıdılar, amma müstəqil olduqlarını sanırlar.

23. İstedad – arzuların puç olmasını əngəlləyən bir nömrəli vasitədir.

24. Ən uğurlu və ən uğursuz adamların bir ümumi cəhəti var: onlar heç vaxt səhv etmədiklərini sanırlar.

25. İşində möhkəm ol, düzgün qidalan, bədən tərbiyəsi ilə məşğul ol, çox içmə, yalnız gerçəkdən lazım olan şeyləri al. Bu ki nüvə fizikası kimi qəliz məsələ deyil.


ÜNSİYYƏT HAQDA


26. Səninlə razılaşardım, amma bu halda ikimiz də haqsız olarıq.

27. İradənin yeni əlaməti: dostlarla görüşmək və bu zaman bir dəfə də olsun telefona baxmamaq.

28. Həmsöhbətə qulaq asılan vaxtın yarısı danışmaq üçün öz növbəni gözləməyə, o biri yarısı da, guya diqqətlə qulaq asdığını göstərmək üçün hər 10 saniyədən bir sifət ifadələrini dəyişməyə sərf olunur.

29. “Sizi bir dəqiqə olar?” sualını eşidəndə anlayıram ki, yarım saat vaxtım boş yerə gedəcək.

30. “Möhkəm ol” ifadəsi adamların təxminən 5 faizinə azacıq təsir göstərə bilir.

31. Vaxt gələr başa düşərsən ki, sakit durmaq – “get tullan” komandası verməyin ən yaxşı üsuludur.

32. Bəzi adamlar belə sanır ki, mən utancaq, qaraqabaq və ya darıxdırıcı adamam, amma heç düşünmürlər ki, onlardan zəhləm getdiyi üçün onlara qarşı beləyəm.

33. Biriləri mənə deyəndə ki, “yaxın günlərdə görüşərik”, mən belə deyirəm: “Hə, mən sənə zəng edəcəm”. Bu, yalana yalanla cavab vermək üsuludur.

34. “O elə də pis oğlan deyil, siz onu yaxşı tanımırsız” – sürtük adamları təmizə çıxarmağın ən yaxşı yolu budur.

35. Vaxt vardı ki, yaramazları uzaq adalara sürgün edirdilər, indi belələrindən uzaq olmaq üçün gərək özün ada tapasan.

36. Məndən “necəsən” deyə soruşanda “babatam” deyib başımdan edirəm, əslində isə ya yaxşıyam, ya pis. Həqiqəti desəm, növbəti suallar gələcək.

37. Yanındakı adam telefonunu çıxardıqda sənin də öz telefonunu yoxlaman – indi bizim cəmiyyətdə əsnəmək kimi yoluxucu bir şey olub.

38. Düşük filmlər haqda bəh-bəhlə danışan adamlara itin sözünü demək keçir ürəyimdən.

39. “Sevdiyin işlə məşğul ol” – tulapayı maaşdan asılı qalmaq üçün yaxşı təsəllidir.

40. Kimsə selfiesini paylaşanda heç kim onu “like” etmirsə, bu barədə düşünsün gərək.

41. Heç kim feysbukda göründüyü qədər xoşbəxt, instaqramda göründüyü qədər yaraşıqlı, tvitterdə göründüyü qədər ağıllı deyil.

42. Həyatın ən gözəl anları arasında elələri var ki, onlar barədə heç kimə danışa bilmirsən.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Загрузка...
Şərh Yaz