Pislik haqqında Aforizmlər

Pislik haqqında Aforizmlər
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə gəlsə, ona bundan (əməlindən) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz. (Qurani Kərim)

Pisliyin nə olduğunu bilməyən onun girdabına düşər. (Hz. İsa əleyhissalam)

Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onun xasiyyətindən pis şeylər oğurlayar. (Platon: Qədim Yunan filosofu)

Pisliyi öyrənməyin yaş həddi yoxdur. (Karl Lessinq: Alman boyakarı)

Pisliyin içinə çox asanlıqla girmək olur, lakin çıxmaq çox çətin olur. (Naməlum)

Pisliyin sizə hakim kəsilməsinə imkan verməyin, əksinə siz özünüz pisliyi məhv etməyə çalışın. (Napoleon Bonapart)

Etdiyin yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. (Jan Batist Kolbert: Fransa dövlət xadimi)

Qorxu içində yaşamaq istəmirsənsə, pislik etmə. (Alfred Kapus: Fransız yazıçısı)

Yaxşı o kəs deyil ki, yalnız pislik etməsin, o gərək heç pislik barədə düşünməsin də. (Demokrit: Qədim Yunan filosofu)

Pisliyin azı-çoxu olmur - pislik elə pislikdir. (Ezor: Qədim Yunan təmsilçisi)

Alovu alovla söndürmək mümkün olmadığı kimi, pisliyin də qarşısı pisliklə alına bilməz. (Şarl Bolder: Fransız şairi)

Pislik tez-tez təntənə keçirir. Lakin heç vaxt qələbə çala bilmir. (Jozef Ru: Fransız şairi)

Pislik qapısını aralamağa dəyməz; taybatay açılar. (Cənab Şəhabəddin: Türk şairi)

Pis adam kömür kimidir - yandıtmasa da, qara yaxar. (Anaxarsis: Qədim Yunan filosofu)

Ən xırda pislik pisliklərin ən pisidir. (Mustafa Kamal Atatürk)

Pis hökm verməyə adət edən insanlar itirənə qədər ovuclarının içindəki yaxşının fərqində ola bilməzlər. (Sofokl: Qədim Yunan dramaturqu)
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.