Ağrıları azaltmağın əyləncəli yolu: Gülün
Tədqiqatçılar "xroniki ağrı çəkirsinizsə, müalicənizə kömək olması üçün gülməli bir "stand up” və ya komediya filminə baxın", - təklifini verir. Çünki həyata müsbət baxmaq və şən olmaq ağrı səviyyəsini azaldır. Yalnız 15 dəqiqə belə içdən gülmək çətinliyin öhdəsindən gəlməyə 10 faiz müsbət təsir edir. Gülmə anında, eynilə məşq əsnasında ifraz olunan və ağrının şiddətini azaldan endorfin hormonu kimi, bədəndə adamın özünü yaxşı hiss etməsinə səbəb olan kimyəvi maddələr ifraz olunur.
Gülmənin zehin və bədən sağlamlığına faydaları isə bunlardır:
- Stress və gərginliyi azaldır.
- İnsanı stressə bağlı xəstəliklərdən qoruya bilir.
- Bədənin ağrıya dözümünü artırır.
- İmmunitet sistemini gücləndirir.
- Depressiya ilə mübarizə aparır.
- Həyatdan zövq alma duyğusunu ortaya çıxarır.
- Qan təzyiqini aşağı salıb, ürək funksiyalarını yaxşılaşdırır.
- Qan şəkəri səviyyəsini aşağı salır.
- Mənfi hissləri dəyişdirir və ruh yüksəkliyini artırır.
- Xərçəng xəstələrinin psixoloji müalicəsində dəstək təmin edir.
- İş mühitində optimizm, elastiklik, sənəti sevmək və digər müsbət duyğuları gücləndirir.
- Cinsi əlaqədə xoşbəxtliyi təmin edir.
- Güvən meydana gətirib ictimai həyatda çətinliklərlə mübarizə aparmağı asanlaşdırır.