Yalan danışanları necə müəyyənləşdirmək olar?

23 Kasım 2017
1 734
0
Yalan danışanları necə müəyyənləşdirmək olar?
Nə qədər etiraz etsəz də, kişilər məharətli yalan danışa bilirlər. Qadınlar yalan danışmır deyə bilmərik. Bax bu məqamda "yalanın böyüyü, kiçiyi olmur" fikri özü də yalan olur. Çünki qadınla kişinin danışdığı yalan arasında kifayət qədər ciddi fərqlər olur. Bəs hər iki tərəfin yalan danışdığını necə müəyyən etmək olar?

Feat.Az
sizə yalan danışanları (kişi-qadın) ələ verən reflekslər haqqında maraqlı məlumatları təqdim edir:

Kişilər

Kişilər yalan danışanda tez-tez udqunur və öskürürlər. Bu onlara zaman qazandırır. Deməli, sizdən gizlətdiyi bir şey var. Bəylər bədən dili ilə də özlərini ələ verə bilirlər. Amerikada Bədən Dili İnstitunun rəhbəri və "Düşündüyünüzdən daha çox şey deyirsiniz" kitabının müəllifi Cenni Drayver deyir ki, "Sirri olan insan çox vacib bir şeyi itirmək qorxusu ilə yaşayır". Elə bu zaman qeyri-ixtiyari gizlədilən şey hər nədirsə onunla bağlı kiçik ipucular deyirlər.

Diqqət etsəniz xırda bir şeyi izah etmək üçün həddindən artıq geniş məlumat verirlər. Maraqlısı isə bu qədər məlumatın heç biri sizin sualınıza cavab deyil. Bir anlıq həyat yoldaşınızın sizə qarşı necə dürüst olduğunu düşünüb fəxr edə bilərsiz. Amma diqqət etsəniz, bu sadəcə "tamaşadır".

Qadınlar

Yalan danışan qadınlar ilk öncə kövrəlməyə başlayır. Alimlər sübut edib ki, bir qadın qarşısındakını aldatmaq istəyirsə, hər hansı bir hadisəni ilk olaraq onunla öz arasında duyğusal münasibət yaratmağa çalışır. Ən təhlükəlisi də məhz budur. Kişilər belə məqamda artıq mövzunu bağlayaraq qadınlara təskinlik verməyə çalışdığı üçün qadınlar kifayət qədər zaman qazanmış olur.

Daha sonra xanımlar barmaqlarını oynadaraq danışırlarsa, deməli, yalan danışırlar. Bu bəzən saçları ilə oynayan, ora-bura tez-tez baxan xanımlara da şamil edilir. Əgər söhbət əsnasında ən əhəmiyyətsiz hadisələri belə xatırlayırlarsa, diqqətli olmaqda fayda var.

Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar. Amerikalı alimlər iddia edir ki, yalan danışmaq qadınları utandırır deyə tez-tez dodaqları quruyur. Miçiqan universitetinin alimləri tərəfindən aparılmış təcrübələrdə 87 qadın iştirak edib. Onlara gah yalan danışmaq, gah da dürüst olmaq deyildiyində, məlum olub ki, yalan danışmağa məcbur qalanda dodaqları quruyur və tərləməyə başlayırlar. Lakin düz danışan xanımlarda heç bir dəyişiklik hiss olunmayıb.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.