Kişilər ilk görüşdə nəyi yalan deyir?
Kişilərin ilk görüşdə ən çox dediyi yalan aldıqları maaşla bağlıdır. Kişilər qadınları əldə etmək üçün maaşlarını olduğundan artıq deyir. Çox maaş alan kişilər isə bunu daha qabarıq şəkildə qadının nəzərinə çatdırmaqdan utanmır. Kişilər belə yalanlar danışan zaman qarşı tərəfin də bəzi şeyləri yalan dediyini düşünür və özünə haqq qazandırır. RoxyPalace.com adlı sayt 18 ilə 35 yaş arasında olan kişilərlə araşdırma aparıb. Bu araşdırmada 700 nəfər iştirak edib. Anketə qatılan kişilərin 74 faizi ilk görüşdə partniyoruna təsir etmək üçün yalan dediyini etiraf edib.
Kişilərin yarısı isə özlərini daha cazibədar göstərmək üçün yalandan idmanla məşğul olduğunu deyir.
Kişilərin digər hissəsi isə sevgilisi yaxud sevdiyi qadın olduğu halda bunu gizlədir.
Araşdırmanın ən maraqlı tərəfi isə kişilərin bu yalanların normal olduğunu düşünməyidir. Onlar hesab edir ki, münasibətlərin uğurlu başlanğıcı üçün yalan danışmaq vacibdir.