Kişilərin ağ yalanları
Əsasən də münasibətin əvvəlində kişilər qadınları cəlb etmək üçün yalana baş vurur. Onlar qadınlara dedikləri yalanların çoxunu özlərini daha ağıllı, bacarıqlı göstərmək üçün danışır. Buna görə də yalana əl atmaq kişilər üçün səhv bir addım sayılmır. Lakin qarşı tərəfi cəlb etmək üçün deyilən yalan özgüvən əskikliyinin işarəsidir.
İncitmək istəmirlər
Kişilər üçün qadını rədd etmək, ya da bir münasibəti açıq şəkildə bitirmək oluqca çətindir. Buna cəsarət edə bilmədikləri üçün xırda yalanlara əl atırlar. Beləliklə də, qadınlara yaxşılıq etdiklərini düşünürlər. Lakin, münasibətin bitməsinin səbəbini bilməmək qadınlara daha pis təsir edir.
Qərar verməkdə çətinlik çəkirlər
Kişilərin yalan deməsinin əsas səbəblərindən biri də, asanlıqla qərar verə bilməmələridir. Münasibətlə əlaqəli qərar verə bilmədikdə və ya özlərini rahat hiss etmədikdə ağıllarına gələn ilk yalana əl atırlar. Çünki, kişilər qərar verə bilmədikə vaxtı uzatmaq istəyirlər və anı qurtarmağa çalışırlar. Belə vəziyyətlərlə üzləşməmək üçün onları nəyəsə məcbur etməməyə çalışın.
Qadınlara güvənmirlər
Kişilərin əksəriyyəti qadınların dedikləri ilə etdiklərinin üst-üstə düşmədiyi mövzusunda həmfikirdir. Buna görə də siz nə qədər dürüst olsanız da kişilər sizə tam inanmır. Məsələn, ondan köhnə sevgilisi barədə sual soruşduğunuzda, hər nə qədər bu barədə danışmağın sizin üçün problem olmadığını desəniz də, onlar buna inanmır. Buna görə də yalan deməyi üstün tuturlar. Qarşılarındakı qadının həqiqətlərlə üzləşə biləcəyinə inanmırlar.