Gözaltı torbalara bu üsulla vida edin

Gözaltı torbalara bu üsulla vida edin
Lavanta

Lavantaı iltihaba qarşı ən yaxşı vasitədir. Lavanta yağını birbaşa dərinizə tətbiq etməyi təklif etmirik. Bir damla yağı suya qarışdırıb bu qarışığı bir pambıq vasitəsilə göz altı torbalarınıza çəkə bilərsiniz. Bir damla istifadə etdiyiniz üçün durulamağınıza ehtiyac yoxdur. Əgər çox həssas bir dəriyə sahibsinizsə, su və lavanda yağını qaynadaraq buxarını üzünüzə tuta bilərsiniz.

Buz

Bildiyiniz kimi buz iltihaba qarşı ən yaxşı üsullardan biridir. Bir neçə buz küpünü yumşaq bir bezə bükərək 15 dəqiqə ərzində gözlərinizin üzərində saxlaya bilərsiniz.

Nanə


Bir neçə nanə yarpağını bir az zeytun yağı ilə əzin və yatmadan əvvəl bir parça pambıq köməyiylə göz qapaqlarınızın alt qisiminə tətbiq edin. Çox az çəkdiyiniz təqdirdə gecə sizi narahat etməyəcək.

Süd


Soyuq südlə islatdığınız pambıqları gözlərinizin üzərinə qoyun. 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın.

Kartof


Bir ədəd kartofu soyun və doğrayın, bir sarğı bezinin ya da tənzifə bükün və gözlərinizin üzərinə qoyun. Mümkün olduğu qədər çox saxlayın . Ən yaxşı şəkildə faydalanmaq üçün hər gün tətbiq edin.

Çobanyastığı


Çobanyastığı sakitləşdirici və iltihab təmizləyici xüsusiyyətə malikdir. Çobanyastığını dəmləyin və içinə bir az qatıq əlavə edin. Krem kimi qatı bir qarışım olacaq. Bunu göz ətrafınıza tətbiq edin və 10 dəqiqə gözlədin. Bol soyuq suyla yuyun.

Çay


Çay, iltihabı azaltmaq və bədəni istirahət etdirmək cəhətdən çox faydalıdır. İki çay paketini 10 dəqiqə qaynadın və hər birini bir gözünüzün üzərinə qoyaraq bir müddət gözlədin. Bunu gündə bir neçə dəfə tətbiq edə bilərsiniz.

Limon


Limon tərkibindəki C vitamini sayəsində gözaltı torbalarının rəngini açır. Bir parça pambığı bir stəkan limon suyunda isladın və göz ətrafınıza tətbiq edin, gözünüzə dəyməməsinə diqqət edin. Bir az gözlətdikdən sonra ilıq suyla yuyun. Bunu, həftədə iki ya da üç dəfə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.