Onlar eyni paltarı niyə hər gün geyinirlər?

28 Şubat 2017
1 732
0

Bu dəfəki məqaləmdə sırf marketinqlə əlaqəli olmasa da ancaq vaxtın idarə olunmasına daha yaxın olan maraqlı bir mövzuya toxunmaq qərarına gəldim. Bəlkə də çoxlarımız bu barədə ya məlumatsızıq, ya da az məlumatlıyıq. Məqalədə əsasən bir çox uğurlu iş adamlarının niyə eyni paltarı hər gün və ya hər il geyinmələrinə toxunacam. 21-ci əsr olmasına baxmayaraq bu cür insanlar davamlı olaraq eyni rəngdə olan köynəyi, eyni şalvarı və eyni ayaqqabını geyinirlər? Bu barədə siz heç düşündünüzmü? Moda dünyası texnoloji kimi sürətlə inkişaf edir və dəyişir. Ancaq buna baxmayaraq elə adamlar vardır ki, bu dəyişikliyin təsirindən çox uzaqdırlar. Həm də çox uzaq. Bəs az paltar dəstləri olan qarderob necə adlanır? Qarderobda az və eyni geyim kapsul qarderob[/b] adlanır. Bu cür qarderoblarda 6-10 arası paltar predmeti olur və 10-15 komplekt halında düzülürlər. Bəs iş adamlarını buna vadar edən səbəblər nələrdir? Gəlin səbəblərini birlikdə aydınlaşdıraq.

  1. Az bir vaxtda qərarvermək[/b] (işə getdikləri zaman daha çevik qərar vermək)
  2. Az vaxtın getməsi [/b](işə hazırlaşan zaman daha az vaxt sərfiyyatı)
  3. Stress azlığı[/b] (kapsul qarderoblarda daha az paltar  olduğuna görə  seçim zamanı stresi sıfıra salır)
  4. Daha az enerjinin sərf olunması [/b](paltar geyinəndə belə uğurlu iş adamları daha az enerji sərf etməyə üstünlük verirlər)
  5. Az ancaq keyfiyyətli [/b](geyim az olsa da, ən keyfiyyəli olanıdır)
  6. Status [/b](dəyişməyən, güvənli)
  7. Daha az xərclər [/b](elə paltarlar var ki, alındığı kimi də qarderobda qalır və sonradan qarderoba xərclənən pulların nə qədər çox olduğunun və pullarımızın boş yerə xərcləndiyinin də şahidi oluruq. Uğurlu iş adamları demək olar ki, atdıqları hər addımda diqqətlidirlər)

Mən bu barədə elə də dərin araşdırma aparmadım. Ancaq anladığım bir şey oldu. O da uğurlu insanları uğura aparan tək yol onların zamana vermiş olduqları sonsuz dəyərdir məncə. Məhz buna görə də zamana qənaət və bu qənaətdən effektiv istifadə etmələri uğura gedən qapıları tay-tay onların üzünə açır. Məncə də əlimizdə olan zamana yetərincə diqqətli və səmərəli istifadə etsək, görmüş olduğumuz işlərin də bəhrəsini görmüş olarıq. Çalışaq zamanımıza dəyər verək və onu düzgün idarə edək.

Sizin marketinq bələdçiniz…

[/b][/b][/b][/b]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.

Copyright © 2022

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Email: [email protected]

Tel: +905537682756