İllərdir eyni paltarı geyinir

29 Nisan 2015
1 113
0
İllərdir eyni paltarı geyinir
İllərdir eyni paltarı geyinir
ABŞ-ın Nyu-York şəhərindəki "Saatchi & Saatchi" reklam agentliyində rejissor işləyən Matilda Kal son üç ildə işə yollanarkən eyni paltarı geyinir.


"Vaxtımı və enerjimi paltarlara sərf etmək istəmirəm" deyən Kal hər səhər işə getməyə hazırlaşanda gecikmək stressindən, geyiminin həmin günkü toplantılara uyğun olub-olmayacağını düşünməkdən bezərək belə radikal qərara gəlib.

"Harper’s Bazaar" jurnalında bu ay yaşamı ilə bağlı məqaləsi dərc olunandan sonra Kal sosial şəbəkələrdə ən çox müzakirə edilən fiqurlardan birinə çevrilib.

"Bəsit, amma maraqlı bir geyim arayırdım. Dükanlardan birində ağ bluz gördüm. Çox xoşuma gəldi və həmin bluzdan 15 dənə aldım. Sonra şalvar seçdim, həmin şalvardan da 6 dənə aldım. Artıq üç iddir eyni "uniforma"dayam", - Matilda Kal deyib.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.