3 ildir hər gün eyni paltarı geyinir..

23 Ekim 2015
1 177
1
3 ildir hər gün eyni paltarı geyinir..
3 ildir hər gün eyni paltarı geyinir..


Nyu-Yorkda məşhur bir reklam agentliyində sənət rejissorluğu edən Matilda Kahl son üç ildir işə gedərkən eyni paltarı geyinir.

FeaT.azxəbər verir ki, "Zamanımı və enerjimi paltarlara xərcləmək istəmədim" deyən Kahl hər səhər hazırlanarkən işə gec qalma stressi yaşamaqdan, geyiminin o günkü yığıncaqlara uyğun olub olmadığını düşünməkdən bezib və radikal bir qərar alıb.

"Harper s Bazaar" jurnalına aprel ayında yazdığı məqalənin ardından bütün diqqətləri üzərinə çəkən Kahlın qərarı son günlərdə ictimai mediada ən çox danışılan mövzuların başında gəlir.

3 ildir hər gün eyni paltarı geyinir..

Qatıldığı bir yığıncaqda kişi işçilərin heç bir zaman paltar seçmə stressi yaşamadığını fərq edən Kahl, o gündən sonra işə hər gün eyni paltarla getmə qərarı alıb.

İşlədiyi günlərdə kifayət qədər yaradıcı iş çıxarması lazım olduğunu izah edən Kahl "bir də geyindiklərimlə yaradıcı olmaq üçün təzyiq hiss etmək istəmədim" deyib.
Sadə lakin şəxsiyyəti olan bir paltar axtarışa başlayan Kahl bir neçə günlük axtarışın sonunda bu ağ bluzu tapıb. Bluzu gördüyü anda aşiq olduğunu ifadə edən Kahl, bu paltarın həm özü üçün biçilmiş olduğunu, həm də çox diqqət çəkici olmaması səbəbiylə ofis mühitində rahat hiss edəcəyini düşünüb.
Eyni bluzdan 15 dənə, eyni şalvardan isə 6 dənə alan Kahl 3 ildir "formasını" üzərindən çıxarmayıb

3 ildir hər gün eyni paltarı geyinir..

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ...___Buyurun___....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.