Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər
Feat.Az immunitet.az-a istinadən bildirir ki, bəs yeniyetməlik dövrünün yetişdiyini nədən bilmək olar?
Yeniyetməlik dövründə qızlarda aşağıdakı fiziki dəyişikliklər meydana çıxır:
- döşlər böyüyür
- qoltuq altında və qasıqda tüklər əmələ gəlir
- boy uzanır
- uşaqlıq yolunda axıntı olur
- dəri yağlanır
- üzdə qara nöqtələr və sızanaqlar meydana çıxır
- çanaq sümükləri enlənir
- aybaşı baş verir.
Yeniyetməlik dövründə oğlanlarda aşağıdakı fiziki dəyişikliklər baş verir:
- xayalar böyüyür
- qasıq tüklənir
- səs tonları qalınlaşır
- bığ və saqqal çıxır
- əl və ayaq böyüyür
- boy uzanır
- dəri yağlanır
- üzdə sızanaqlar meydana gəlir
- sümüklər böyüyür
- cinsi sərtləşmə və boşalma olur.
Yeniyetməlik dövründə qız və oğlanlarda aşağıdakı psixoloji dəyişikliklər meydana çıxır:
- həyatdan küsmə
- valideyinlərlə fikir ayrılığı
- hiddət və kobudluq
- duyğusallıq və həssaslıq
- sərbəst olma istəyi
- özünə güvənməmək və qarşısındakını hər şeydə günahkar bilmək
- zərərli vərdişlərə maraq
- xarici görünüşünə diqqət yetirmək
- bəyənilmə istəyi.