Əsl Sovet Plombirinin RESEPTİ

03 Eylül 2020
2 347
0
Əsl Sovet Plombirinin RESEPTİ
Əfsanəvi sovet plombirinin illərdir unudulmayan dadını axtarırsınız? Mağazadan aldığınız eyniadlı dondurmalar o ləzzəti xatırlatmır?

Feat.Az
əsl sovet plombirinin reseptini təqdim edir. Onu ev şəraitində hazırlayıb, isti yay mövsümünü zövqlə keçirdin.

Ərzaqlar:

1 litr süd
2 stəkan şəkər tozu
100 qr kərə yağı
1 ç/q kartof nişastası
5 ədəd yumurta sarısı
1 ç/q vanil

Tərkibi

Öncə süddən yarım stəkan kənara qoyub, yerdə qalanını qızdırın. Üzərinə kərə yağı töküb, qaynadın. Digər qabda şəkər tozu, nişasta,vanil və yumurta sarısını qarışdırıb, mikserlə yaxşıca çalın. Kütlənin üzərinə xama qatılığına gələnədək yarım stəkan soyuq süd əlavə edin.

Qaynayan südü yenidən ocağın üstünə qoyub, yumurtalı kütləni qarışdıra-qarışdıra ehtiyatla üzərinə tökün. Kütləni qaynadıb, ocaqdan götürün. Qabı, soyuq su olan digər qabın içinə qoyub, ilıq olanadək durmadan qarışdırın.

Sonra kütlə olan qabı kənara çəkib, ara-sıra qarışdırmaq şərtilə soyudun. Zövqə görə formalara töküb, dondurucuda gözlədin. Ev plombiriniz hazırdır.

Bu dondurmanı evdə hazırlanmış vaflilərin içinə qoyub, yemək də olar. Bax, bu ləzzətə heç nə çata bilməz.

Əsl Sovet Plombirinin RESEPTİ

Nuş Olsun!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.