Alma sirkəsini özünüz hazırlayın - RESEPT

05 Eylül 2017
1 215
0
Alma sirkəsini özünüz hazırlayın - RESEPT
Təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir. Lakin bunu da nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi müalicəvi xüsusiyyətlərə malikdir.

Feat.Az
saglamolun.az-a istinadən alma sirkəsinin ev şəraitində hazırlanma qaydasını təqdim edir. Bunun üçün 1 kq alma (qabıqlı) sürtgəcdən keçirilir, üzərinə 1 l qaynanmış ilıq su tökülür, 40 qr ovumuş qara çörək, 10 qr maya və 1/2 stəkan şəkər tozu əlavə olunur və qarışdırılır. Qarışığı 10 gün ərzində otaq temperaturunda saxlayın, gündə 2 dəfə qarışdırın. Sonra yaxşı süzün və butulkalara tökün. Daha 1 həftə saxlayın və sonra müalicə üçün istifadə edin.

Hər gün 1 stəkan ilıq suya 1 x.q. alma sirkəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.