Sevə-sevə ayrılmazdıq kaş gülüm...

09 Ocak 2015
8 489
0
Sevə-sevə ayrılmazdıq kaş gülüm...
Sevə-sevə ayrılmazdıq kaş gülüm...


Sil gözündə həsrət dolu yağışı,
Yaraşmadı gözlərinə yaş gülüm.
Tutdu bizi bu sevginin qarğışı,
Sevə-sevə ayrılmazdıq kaş gülüm...


Sevə-sevə ayrılmazdıq kaş gülüm...Yenə görüş yerimizə gəlirik,
Ayrı-ayrı, yavaş-yavaş ölürük.
Bu peşmanlıq fayda etməz, bilirik.
Nə söyləsək, nə danışsaq boş gülüm.
Sevə-sevə ayrılmazdıq kaş gülüm...


Söndü daha, yanmaz birdə bu ocağ.
Yaşayacaq qəlbimizdə neçə dağ,
Qoy başını sinəm üstə ağlaşağ.
Dəniz kimi çağla gülüm, coş gülüm.
Sevə-sevə ayrılmazdıq kaş gülüm...


Sevə-sevə ayrılmazdıq kaş gülüm...Həyat bizə verdi dərdi-qubarı,
Qışa döndü ömrümüzün baharı,
Getdi daha bu sevginin qatarı.
İndi basaq qəlbimizə daş gülüm.
Sevə-sevə ayrılmazdıq kaş gülüm...


Sevə-sevə ayrılmazdıq kaş gülüm...R.E.iFriTe :DSevə-sevə ayrılmazdıq kaş gülüm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.