Sənə hec qəmginlik yaraşmır gülüm - Şeir

23 Haziran 2016
9 640
0
Sənə hec qəmginlik yaraşmır gülüm - Şeir
Bilmirəm nə olub,susqunsan belə
Sənə hec qəmginlik yaraşmır gülüm.
Çoxdu deməyə sözlərim hələ,
Sözlər bu halınla danışmır gülüm..

Sənki coşan çeşmə qaynayan bulaq,
De hara yönəlib səndəki maraq,
Yaxınkən olmusan nədənsə qıraq,
Könlüm ümmanına sığışmır gülüm..

Gəl tutum astaca əlindən sənin,
Gözümə dikilsin bir cüt gözlərin,
Ay mənim vüsalı ac məhəbbətim,
Seymur həsrətinlə barışmır gülüm ..

Müəllif:SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.