Gəlmədi

26 Haziran 2016
2 349
0
Gəlmədi
Gəlmədi...

İstədim dilbərə könlümü açım,
Nədənsə,deməyə dilim gəlmədi.
Bir dəstə gül dərdim sevda bağından,
Nə deyim,verməyə əlim gəlmədi.
***
Dedim,dərd çəkilməz həmdəm olmasa,
Ürək qəm içində,dilqəm olmasa.
Onsuz nə edərəm bir dəm olmasa?
Çəkirəm ahu-zar,zülüm,gəlmədi.
***
Mövlud sevgisinə vəfalı yardı.
Ürəyi yaralı,qübar-qübardı.
Deyəsən,ömrümə son yağan qardı,
Gözlədim,baharım,gülüm gəlmədi.

9.12.2015 Zərdabi.Mövlud Ağamməd.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.