Gəlmədi..

30 Ocak 2016
2 042
2
Gəlmədi..
Gəlmədi..

Gəlmədi...

Gəlmədi..

İstədim dilbərə könlümü açım,
Nədənsə,deməyə dilim gəlmədi.
Bir dəstə gül dərdim sevda bağından,
Nə deyim,verməyə əlim gəlmədi.

***

Dedim,dərd çəkilməz həmdəm olmasa,
Ürək qəm içində,dilqəm olmasa.
Onsuz nə edərəm bir dəm olmasa?
Çəkirəm ahu-zar,zülüm,gəlmədi.

***

Mövlud sevgisinə vəfalı yardı.
Ürəyi yaralı,qübar-qübardı.
Deyəsən,ömrümə son yağan qardı,
Gözlədim,baharım,gülüm gəlmədi.


Gəlmədi..


9.12.2015.Zərdabi.Mövlud Ağamməd.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Mövlud Ağamməd
    Alıntı: alara
    yaxsidir onsuzda gozlediyin hec kim gelmez

    Təşəkkür edirəm
  2. alara
    • alara
    • 30 Ocak 2016 12:58
    yaxsidir onsuzda gozlediyin hec kim gelmez
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.