Sən olacaqsan...

23 Ocak 2016
2 435
3
Sən olacaqsan...
Sən olacaqsan...

Sən olacaqsan...Sən olacaqsanSən olacaqsan...


Sən olacaqsan...

Mən uzaq mənzilə yola düşəndə
Ağlayan,saç yolan sən olacaqsan.
Baxıb yollarıma köks ötürərək,
Xəyallara dalan sən olacaqsan.

Sən olacaqsan...

Çıxmaq istəmirəm mən o yollara,
O yollar gör məni aparır hara.
Səni qucaqlayıb,sıxan qollara
Baxıb həsrət qalan sən olacaqsan.

Sən olacaqsan...

Dedik,ayrılmayaq tufan da qopsa,
Ölüm ayıracaq bizi,ayırsa.
Hamı qərq olacaq,batacaq yasa,
Mənsiz mənli qalan sən olacaqsan.

Sən olacaqsan...

Bu bahar ömrümə xəzantək gəldi,
Baxıb xəzəlimə qəlbim kövrəldi.
Bəlkə,ağrılarım bir az dincəldi,
Ağrıyan,qovrulan sən olacaqsan.

Sən olacaqsan...

Yaşadıq arzular içində,əlbət,
Sıxdı qəlbimizi bir acı möhnət.
Mövlud ürəyini verdi əmanət,
Onu yada salan sən olacaqsan.
Sən olacaqsan...


Sən olacaqsan...4.05.2014.Zərdabi.Mövlud AğammədSən olacaqsan....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Mövlud Ağamməd
    Alıntı: SaFFron
    Sevgi şeirlərini elədə bəyənmirəm,ama bu oxuyanda hiss olunur ki,qəşəy yazılmış bir şeirdi.Qələminizə qüvvət.

    Minnətdaram
    Alıntı: ceyla
    cox gozel seirdi elinize sagliq

    Təşəkkür edirəm
  2. ceyla
    • ceyla
    • 23 Ocak 2016 15:50
    cox gozel seirdi elinize sagliq
  3. SaFFron
    Sevgi şeirlərini elədə bəyənmirəm,ama bu oxuyanda hiss olunur ki,qəşəy yazılmış bir şeirdi.Qələminizə qüvvət.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.