Qoşma

19 Ocak 2016
2 113
2
Qoşma
Qoşma

Qoşma

Məcnunun gözüylə baxdım dünyaya,
Dünya gözlərimdə qəm,kədər dolu.
Çöllü-biyabana saldım güzarı,
Hər tərəf məhəbbət--hədərlə dolu.

Qoşma

İstədim Kərəmtək yanım oduna,
Vəfalı Əslimin çatım dadına.
Bir hava çalınsın onun adına,
Adı"Yanıq Kərəm"qəhərlə dolu.


Qoşma

Bir xumar baxışlı Xumara meylim
Düşübdür,arada bir səd var,neylim?
Küsüb,inciyibdir məndən gileylim,
İçdiyim badələr zəhərlə dolu.

Qoşma

Mövliud,bitirərdim burda fikrimi,
Yazmaqla qurtarmaz mən öz dərdimi,
Eşqinə sadiq ol sən mənim kimi,
Həyat qəza ilə,qədərlə dolu.


Qoşma


12.05.2014.Zərdabi.Mövlud Ağamməd.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Mövlud Ağamməd
    Alıntı: alara
    en axirinci bend maraqli idi

    Təşəkkürlər
  2. alara
    • alara
    • 19 Ocak 2016 15:12
    en axirinci bend maraqli idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.