Sən olacaqsan

27 Aralık 2015
1 638
1
Sən olacaqsan
Sən olacaqsan


Mən uzaq mənzilə yola düşəndə

Ağlayan,saç yolan sən olacaqsan.

Baxıb yollarıma köks ötürərək,

Xəyallara dalan sən olacaqsan.

***

Çıxmaq istəmirəm mən o yollara,

O yollar gör məni aparır hara.

Səni qucaqlayıb,sıxan qollara

Baxıb həsrət qalan sən olacaqsan.

***

Dedik,ayrılmayaq tufan da qopsa,

Ölüm ayıracaq bizi,ayırsa.

Hamı qərq olacaq,batacaq yasa,

Mənsiz mənli qalan sən olacaqsan.

***

Bu bahar ömrümə xəzantək gəldi,

Baxıb xəzəlimə qəlbim kövrəldi.

Bəlkə,ağrılarım bir az dincəldi,

Ağrıyan,qovrulan sən olacaqsan.

***

Yaşadıq arzular içində,əlbət,

Sıxdı qəlbimizi bir acı möhnət.

Mövlud ürəyini verdi əmanət,

Onu yada salan sən olacaqsan.




Mövlud Ağamməd.
[/hide]



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize sagliq beyendim:)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.