Dünya

13 Aralık 2015
2 145
3
Dünya
Dünya
Yolunda sabitdir, ancaq insanı
Gah yoxuşa salır, gah düzə dünya.
Bir üzü gecədir, bir üzü gündüz
Dayanıb özüylə üz-üzə dünya.
Dünya
Gah səni var sanır, gah da yox sanır,
Özü öz içində gizli saxlanır.
Gah zarafat edir, gah acıqlanır,
Təpədən dırnağa möcüzə dünya.

Dünya
Özü müəmmadır, sözü tapmaca,
Oğul istəyirəm ondan baş aça.
Ahıla ahıldır, qocaya qoca,
Cavana görünür təptəzə dünya.
Dünya
Bəxtiyar, qüdrətin əqlə güvəndi,
Göylərin əsrarı yerlərə endi.
Bir tükdən asılıb taleyi indi,
İnsan əməlinə kaş dözə dünya.


DünyaMüəllif: Bəxtiyar VahabzadəDünya


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Alev..
  • Alev..
  • 13 Aralık 2015 15:45
-çox bəinmdim e
Tina
  • Tina
  • 13 Aralık 2015 11:29
gozel seirdir ellerinize sagliq oxudum memnun qaldim
Bella
  • Bella
  • 13 Aralık 2015 11:07
Bəxtiyar Vahabzadə yaradıcılığına söz ola bilməz. Ən sevdiyim şairlərdən biri olub. Onun " Dünya" şeirini də çox bəyəndim. Şeirin hər bir misrası belə mənalıdır. Bu cür şeirləri dəfələrlə oxusaq da bezmirik. Paylaşdığınız üçün sağ olun)
RƏY ƏLAVƏ ET