Haçan Mənim Olacaqsan

31 Temmuz 2015
2 202
0
Haçan Mənim Olacaqsan
Haçan Mənim Olacaqsan


Haçan Mənim Olacaqsan



Haçan mənim olacaqsan?
Qəlbimə bir sevgi kimi,istək kimi dolacaqsan..
Duyğulara,saf hisslərə bürünərək,
Ürəyimdə ürək olub döyünərək,
Gözlərimin qabağında sevgi dolu baxışlarla görünərək,
Min ümidlə sənə doğru bu uzanan əllərimdən tutacaqsan,
Öz yerini qollarımda tapacaqsan..
Ömür vəfa edənədək,
Mənimlə bir qalacaqsan..
Haçan mənim olacaqsan?

Nə vaxtadək arzularım,
Gözlərimdə qalacaqdır?
Nə vaxtadək duyğularım,
Hər gün sənə yazdığım,
Bəzən cürət etməyərək,
Yazıb sonra pozduğum
Sözlərimdə qalacaqdır?
Təkcə səni arzularam,

Təkcə səni düşünərək xəyallara dalaram.
Sən varsansa,mən də varam,
Sən varsansa,mən xoşbəxtəm,bəxtiyaram,
Sən varsansa,demək dəyər yaşamağa,
Həyat eşqin yorulmadan ürəyimdə daşımağa..
Sevgiyə bax..
Arzularım da arzular həyatımda olmağını,
Sevgiyə bax,ümidlərim ümid bağlar gəlişinə,
Yuxularda sevincindən gözüm ağlar gəlişinə..
Qəlbən yaxın olduğun tək,
Həyatda da mənə yaxın olmağını istəyirəm..
Gözləyirəm,
Bir gün gəlib
Sənsiz nələr çəkdiyimi duyacaqsan,
Gözlərinlə görəcəksən,
Mənə ümid verəcəksən,
Həyatını mənimlə bir sürəcəksən.
İnanmıram,məni tənha qoyacaqsan,
Məni yalnız sənsizliyin əlindən sən alacaqsan..
Haçan mənim olacaqsan?

Ümidimsən,pənahımsan,
Sevmək əgər günahdırsa,
Sən ən gözəl günahımsan.
O günah ki,onu heç kim bagışlamır..
Ona ömür bağışlanır,
Ona könül bağışlanır.
Bu həyatda səndən başqa istədiyim yoxdur mənim,
Bu həyatda səndən başqa gözlədiyim yoxdur mənim.
Gözləməkdən yoruldum,gəl,
Yollarını gecə-gündüz izləməkdən kor oldum,gəl.
Bu həsrətə,bu hicrana daha məndə dözüm yoxdur,
Üzüm yoxdur,
Daha səndən hər gün görüş istəməyə..
Səni necə sevdiyimi,
Necə dəyər verdiyimi söyləməyə
Nə ehtiyac var,sevgilim?
Nəyə gərək bu iztirab,bu zülüm?
Bu yazdığım şeirlərdə,
Sevgi dolu misralarda,sətirlərdə,
Hiss etmirsən məgər necə darıxıram?
Gündüz-gecə darıxıram.
Yuxularda mənimləsən,
Xəyallarda mənimləsən,
Həyatımda nədən yoxsan?

Mənə baxsan,
Görərsən bu gözlərimin
Sənə necə sevgi ilə baxdığını,
Sənsizliyin məni necə sıxdığını..
Ümid varmı? Məni bir gün öz sevgilin sanacaqsan?
Nə vaxtadək sevdiyini danacaqsan?
Ne vaxtadək məni dərdə salacaqsan?
Haçan mənim olacaqsan?

Mən bir ümid qapısını döyürəm,
Öz-özümə açılacaq,bir gün mütləq açılacaq,deyirəm..
Qapı varsa,açılmağa güman da var..
Bu gümandır səni mənə yaxın edən,
Səni mənə sevdirən,
Səni mənə istədən.
Bu hisslərdən doymaq olmur,
Düşündükcə düşünmək istərəm yenə,
Unutdurmur bir an belə bu duyğular səni mənə,
Bəs sən haçan məni yada salacaqsan?
Haçan mənim olacaqsan?




Haçan Mənim Olacaqsan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.