Ürək dözər hər əzaba

06 Kasım 2015
2 067
4
Ürək dözər hər əzaba
Ürək dözər hər əzaba


Ürək dözər hər əzaba

Ürək dözər hər əzaba,
Ömür dözməz,bitər...bitər...
Ötən günün xatirəsi,
Xəyallarda itər...itər...


Həyat bitər,yollar bitməz,
Quzey qarın gün əritməz.
Yaddan çıxmaz,heç vaxt getməz
Ürəklərdən kədər...kədər...

Baş götürüb gedəcəyəm,
Səni peşman edəcəyəm.
Mən həsrəti didəcəyəm,
Həsrət məni didər...didər...


Vaxt çatmamış gəlir ölüm,
Unutmağım mənə zülüm.
Səndən sonra sənsiz,gülüm,
Yaşamağım hədər...hədər...


Dərd sinəmi dağlayacaq,
Yaram qaysaq bağlayacaq?
Arxamca kim ağlayacaq?
Yetər,Mövlud,yetər...yetər...



Zərdabi Mövlud Ağamməd.

Ürək dözər hər əzaba
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Mövlud Ağamməd
    Paylaşdığınız üçün müəllif olaraq təşəkkür edirəm
  2. Minyon giril
    ayy rengi necede pis olmuw ya beyenmedim sory :/ ellerine salik
  3. SindireLLa
    Çox qəşəy şeirdi. beyendim mektebdede bele şeirlər keciruy cetin cetin ) təşəkkürlər paylaşimincun
  4. -Aydan-
    *...........-Buyurun-...........*
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.