*Gəraylı*
Sevəcəyəm axıradək,
Gülüm,səni mən ölüncə.
Cıxıb getsəm uzaqlara
Gözlərsənmi mən gəlincə?
Söz vermişik,əhdimizə
Sadiq qalaq dözə-dözə.
Nur çilənsin ömrümüzə
Biz vüsala yetənəcən.
Sevgi nədir,sevən bilər,
başa bəla,gələn bilər.
Qədrimizi bilən bilər
Ürəyindən silənəcən.
Gözləyəcəm,gülüm,səni,
Özləyəcəm,gülüm,səni.
Mən vəfasız billəm səni
"Mən səninəm"deyənəcən.
Mövlud dözər bu hicrana,
Can qurbandır şirin cana.
Görüm qalsın yana-yana
Əğyar səni görənəcən
15.04.2014 / Zərdabi
Mövlud Ağamməd
Mövlud Ağamməd