Görüm gül üzündə təbəssümləri...
Gəl bir az danışaq ordan buradan
Cümlədə işlədək Sizlə bizləri
Arada məsafə saxlayaq bir az
Olaq bir dünyanın yad sakinləri
Danışaq olmasın sükunət bir an
Sən məni cağırsan dəyəcəyəm can
Mən olum arabir gözünə baxan
Görüm gül üzündə təbəssümləri
Ürəkdən kecəni baxışla deyək
Cıxaq ikilikdə dolaşaq gəzək
Arzular müxtəlif ən böyük dilək
Anlayıb duyasan bu istəkləri
Sönməzin qəlbində coş-cağla özün
Səndən qeyrisini görməzki gözüm
Görmüşəm gözəllər icində yüzün
Yaxına buraxmam xəyanətləri.
Müəllif: SEYMUR SÖNMƏZ