Mənə şəkil çək gül görüm səni

12 Ocak 2016
3 625
2
Mənə şəkil çək gül görüm səni
Mənə şəkil çək gül görüm səni
Mənə şəkil çək gül görüm səni Gözlərin baxışın titrətsin qəlbi,
Unudum görüncə kədəri dərdi,
Ürək ceşmə təki coşdu istədi,
Mənə şəkil çək,gül görüm səni ..


Bir az,naz ilə bax, bir az işvə at,
Qəlbimdə məhəbbət baxınça oyat,
Əks eylə gözündə dünyanı yarat
Mənə şəkil çək,gül görüm səni ..


Ulduzum özün ol, parla səmada,
Cağırsam yetiş gəl,nolar imdada,
Təkcə xahişim var,hərdən arada,
Mənə şəkil çək,gül görüm səni ..


Buda arzulanan diləkdi səndən
Olginən nə olar,arzuma həmdəm
Qurtar bu yaxamı,daha həsrətdən,
Mənə şəkil çək,gül görüm səni ..


Məsafə olmasın özüntək uzaq
Ayrılıq hicranı beləçə pozaq,
Bilirsən görməsəm çətin olaçaq
Mənə şəkil çək,gül görüm səni ..

Seymura tək baxış, bəsidi yetər,
Sənə xoşbəxtliyi arzular dilər,
Sonda gözlərini görmək istəyər,
Mənə şəkil çək,gül görüm səni ..


Müəllif : SEYMUR SÖNMƏZMənə şəkil çək gül görüm səni
 
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
SEYMUR SÖNMƏZ
Alıntı: SEHRI
Qeseng serdi.ellerinize sagliq

təşəkkür edirəm
SEHRI
  • SEHRI
  • 12 Ocak 2016 23:12
Qeseng serdi.ellerinize sagliq
RƏY ƏLAVƏ ET