Qara Yanvar

20 Ocak 2016
80 948
3
Qara Yanvar



Neçə günahsız insan boyandı qana,
Zalımlar zülm etdi, məzluma cana.
Matəm əks olundu Azərbaycana
Bu tarix yazıldı, bəd Qara Yanvar....

Yollar qan iziylə, qırmızı, aldı,
Güllələr susmadı, canları aldı.
Allahım, bu necə, dəhşətli haldı?
Silinməz yazıldı, bəd Qara Yanvar ...

Ana fəryadına dözmədi göylər,
Buludlar ağladı, ürəklər inlər,
Fərizə İlhamla, güllə yedilər,
Vağzalı çalındı , bəd Qara Yanvar...

Baxmadı qocaya, cavana yağı,
Cəkdi iyirmisi bizə bu dağı ,
Kərbəla canlandı, həmən o anı,
Yaşatdı millətə bəd, Qara Yanvar...

Keşkə yetişəydi həmin an ağam,
Zühur edib gələ İmami Zaman,
Zalıma verməzdi, heç zaman aman,
Olardı düşmənə bəd,Qara Yanvar ...


MÜƏLLİF: SEYMUR SÖNMƏZ

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. _afoRoz_
    Bu tarix yazıldı, bəd Qara Yanvar....
    ALLAH bütün şəhidlərimizin yerini cənnət etsin.Ruhları şad olsn
  2. Mövlud Ağamməd
    Allah şəhidlərimizə rəhmət eləsin
  3. Agaeva
    Elerinize sağliq tesirili şeir idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.