Şəhid ruhlarına....
Şəhid ruhlarına....
Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
***
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
***
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir--
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
***
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz...
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına....
13.12.2014.Zərdabi.Mövlud Ağamməd.