Deyirlər,kişi ağlamaz.....
Deyirlər,kişi ağlamaz...*
(20 Yanvar şəhidlərinə)
Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı...
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir...
O vaxt atam da ağladı-
1990-da...
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı
fəryadı...
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim
atam niyə ağlayır?
Üşüdüm...
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə
Sipər edən mən idim...
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin
dəhşətinə,vəhşətinə...
İlham üçün özünü qurban
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin
gəncliyinə,nakam ömrünə
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam...
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma...
5.05.2014.Zərdabi.Mövlud Ağamməd