Özü yıxılan ağLamaz...
Yad baxışla süzüb məni,nə danışdın nə dindin,
Gedişinlə sandın ki sən,məni tarimar etdin ,
Yox əsla sən nə etdinsə,özün-özünə etdin,
Mən Kəpəztək vüqarlıyam,külək məni yıxammaz,
Day ağlama vəfasız yar özü yıxılan ağlamaz ...
Sən nə dedin,qəbul etdim ağa qara demədim ,
Bir sözünü danışmadan hecvaxt iki etmədim,
Özün söylə bircə kərə yoxsa xətrinə dəydim,
Həm zilinə həm bəminə,xoşdur dedim bu avaz,
Day ağlama vəfasız yar özü yıxılan ağlamaz...
Unut məni sil qəlbindən,xatirənə gətirmə ,
Bu tutduğun acizliyə,bəxtin kəmliyi demə,
İşin düşsə cətinliyə,nə üzlə sən Rəbbimə,
İmdad ücün əl acasan O,sənə kömək olmaz,
Day ağlama vəfasız yar ,özü yıxılan ağlamaz...
Fərhad olub bu eşq ücün,dağ təpəni yarardım,
Kərəm kimi yanar odda,mən qalanıb yanardım,
Ürəyimdə məhəbbətin,qüdrətini anardım,
Duyduqcada hiss edərdim,eşq cicəyi saralmaz
Day ağlama vəfasız yar,özü yıxılan ağlamaz..
Son peşmanlıq fayda verməz olan olubdur daha,
Düşünməkdən kecib uje atdımla sən sabaha,
Vurdun məni gedişinlə , satdın bir an əğyara,
Bilirsənmi sevən ücün bundan böyük dərd olmaz
Day ağlama vəfasız yar özü yıxılan ağlamaz ...
Seymuram mən ağlamaram özüm yıxılanda bil,
Lazım deyil innən sonra sənintəki əhli dil,
Sən ağlama qıymayıram gözlərinin yaşnı sil ,
Tərk eyləyib özün getdin,özü gedən qayıtmsaz
Day ağlama vəfasız yar özü yıxılan ağlamaz ...
Müəllif : Seymur Sönməz