Sən bir qaranlıqsan
Bir gün qara ağın yanına gəldiyi zaman ağ, qaradan qorxub qaçır.
Qara qışqırır ağa "dayan getmə" - deyə, ağın qərarı qətiymiş halbuki.
Deyir ki, sən qarasan mənsə ağ, ümidin yanında pessimizm, işıqlığın yanında qaranlıq dayana bilməz.
Qara gözlərini dikərək ağa deyir:
- Pessimizm olmasaydı ümid, qaranlıq olmasaydı işıqlıq olmazdı.
Birinin yox olması digərini mənasız edər.
Etiraz səsi tez əks-səda yaradır qaranlıq otaqda.
Həm deyir ki, sən mənə dözə bilməzsən. Ağ bir şam olub yansam, səndən geriyə heç bir şey qalmaz.
"Yanılırsan!" qara deyir, "yanılırsan".
Şam dibinə işıq verməz, nə olar icazə ver gizli küncdə belə olsa sənə yaxın olum.
Amma işıqlığa sözünü eşitdirə bilmir ki, bilmir. O gündən bəri işıqlıq qaçar, qaranlıq ardından gələrmiş.
Ağ keçərkən gündüz olar, qaranlığın gəlməsiylə gecə başlayırmış.
O gündən sonra heç kim bir daha nə ən uzun gecələrin belə işıqlanmadığını, nə də işıqlığın üstünü gecənin örtmədiyini görüb.
Çünki acı olmayanda şirin də olmaz həyatda!
Sən bir qaranlıqsan
Qaranlıqsan sən. Qaradan başqa rəngi yoxdur çünki zülmün. Ağın yoxdur sənin.
Qara nə qədər ağı içsə, yenə də boz qalar, bax, sən də eləsən.
Nağıl sandığım ağ-qara şəkillərdən daşdı üsyankar sevgimin rəngi, ya da əhvalat olduğum qaraların arasında bir gecədən fışqırdı.
Gecəsən sən, qara səhifələrinə gömgöy məktublar yazdığım, yaşadıqca an be an sərxoş olduğum, sətir aralarına yıxılıb, sətir başlarında səhərimi açdığım gecəsən.
Gecə nə qədər açsa açsın gözlərini, gündüz işıqlığına çata bilməz, sən də eləsən.
Mən, bu qətran qurusu gecələrdə gedəcək yeri olmayan kiçik bir uşaq olaram, əllərimdə hüznlər, gözlərimdə saxlaya bilmədiyim qara gözyaşlarımla gəzişərəm qaraların arasında.
Yenə də bu qaraya yazdığım son məktub. Amma sən görməyəcəksən. Çünki qara baxır hələ gözlərin.
Ancaq zənci gözlərinə ağı geyinəndə oxuya biləcəksən.