Qara gül
Covn Əbu Zərrin nökəri idi. ƏbuZərr ölür Covn gedir Həzrət Əlinin qapısına. Deyir: Ağa, mən ƏbuZərə sizə görə xidmət eləmişəm. İndi sizə xidmətçi olmaq istəyirəm... Hz Əli şəhid olannan sonra gedir İmam Həsənə xidmət edir. İmam Səccad evlənir gedib İmam Səccadın nökəri olur. Nəhayət Kərbəla hadisəsi baş verir, Covnun qoca vaxtıdı artıq. İmam Hüseyn Covna deyirki: Bir ömür bizə xidmət etmisən, azadsan sən get.
Covn ağlayır, Hüseyn (ə) onu göndərməsin deyə gör nə deyir. Deyir: Ağa, rəngim qaradı, bədənimin pis qoxusu var ona görə məni göndərirsiz? -Bilirdi İmam Hüseynin yumşaq yerini, ona görə belə deyir.-
Bunu deyəndə İmam Hüseyn onu qucaqlıyır. Gedir Covn döyüşə.
Atdan düşəndə İmam Hüseyn gəlir alır onun başını dizinin üstünə. Yazırlarki, əli və qolu ilə üzünün qanını silir İmam onun. Gözlərini açır görür İmam başının üstündədi. Ədəbə baxki ayaqların yığışdırır. Axı, heç vaxt olmamışdı İmam otura bu uzanıqlı vəziyətdə ola.
İmam onunçün dua edir: "İlahi, mənim bu qara qulamımım üzünü ağ elə. Onun bədəninin qoxusunu ətirli elə."
Covn İmamın duasını eşidir üzündə təbəssüm dünyadan gedir.