Qəm odunda yanmaq üçün
Qəm odunda yanmaq üçün....
Qəm odunda yanmaq üçün
Aşiq oldum,pərvanəyəm.
İçdim meyi meyxanədə,
Xumar oldum,məstanəyəm.
Çox inandım vəfasına,
Dözdüm zülmü-cəfasına.
Yetmək üçün səfasına
Əhd edmiş,peynameyem
Qəmim pünhan,razi-diləm,
Möhtacıyam,dərdin biləm.
Məcnun deyir mənə aləm,
Çün dərdindən divanəyəm.
Mövlud,sevgi yalan imiş,
Ömür ah-zar,nalan imiş.
Kərəm oda yanan imiş
Mən qəlbi qan,viranəyəm.