-`αραƦ məni...!

21 Kasım 2015
2 239
7
-`αραƦ məni...!
-`αραƦ məni...!

Bir kimsəylə bir özgəylə işim yox,
Apar məni uzaqlara qaranquş.
Nə bir dostum nədə bir sirdaşım yox,
Apar məni uzaqlara qaranquş.


-`αραƦ məni...!



Daha gedək buralara qış gəlib,
Üşüyürəm, qar gəlib, yağış gəlib,
Ürək dolub, gözlərimə yaş gəlib,
Apar məni uzaqlara qaranquş.



-`αραƦ məni...!



Sevgisizəm, ürək olub daş kimi,
Tapılmayıb ürəyimin hakimi,
Bəlkə tapdım uzaqlarda sevgimi,
Apar məni uzaqlara qaranquş.


-`αραƦ məni...!



Biri yüzdən, yüzü birindən bezib,
Yer üzünün dərdi, sərindən bezib,
Sən göy üzü, mən də yerindən bezib
Apar məni uzaqlara qaranquş.



-`αραƦ məni...!


Məni göyə götürəsən hələki
Buludlarda itirəsən hələki
Yaz gələndə gətirəsən hələki
Apar məni uzaqlara qaranquş.


-`αραƦ məni...!



Apar məni viran olubdur bağım
Nələri ki, aparacam qoy yığım,
Daha burda bilinməyir varlığım
Apar məni uzaqlara qaranquş.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...:::NiHaD:::...
    Məni göyə götürəsən hələki
    Buludlarda itirəsən hələki
    Yaz gələndə gətirəsən hələki
    Apar məni uzaqlara qaranquş.
  2. 26_swiftie
    Superdi... Toxundu mene...
  3. ...Love life...
    beyendim ellerine sagliq
  4. Minyon giril
    weiri cox beyendim gozel idi redaktede sadedi ellerine salik
  5. ♔Tehluke♔
    Bir kimsəylə bir özgəylə işim yox,
    Apar məni uzaqlara qaranquş.
    Nə bir dostum nədə bir sirdaşım yox,
    Apar məni uzaqlara qaranquş.


    Weire gore cox sa oLun.........)
  6. -Aydan-
    Sevgisizəm, ürək olub daş kimi,
    Tapılmayıb ürəyimin hakimi,
    Bəlkə tapdım uzaqlarda sevgimi,
    Apar məni uzaqlara qaranquş.
  7. royus
    • royus
    • 21 Kasım 2015 10:10
    cox gozel bir seirdir bu seirin muellifi kimdi?
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.