Məni də apar

15 Eylül 2015
2 283
5
Məni də apar
Məni də apar


Məni də apar


Sən getsən,hər günüm kədər, qəm olar
Ürək səksəkəli, gözlər nəm olar
Tək getsən, buralar cəhənnəm olar
Nə olar sevgilim məni də apar

Ağlayaram başa düşən tapılmaz
Sənin kimi kimsə könlümü almaz
Yox əzizim, belə ayrılıq olmaz
Nə olar sevgilim məni də apar


Getmə burdan başsız ayaqlar kimi
Uzaq durma məndən uzaqlar kimi
Tut əlimdən körpə uşaqlar kimi
Nə olar sevgilim məni də apar

Çəkilmərəm gülüş olub üzündən
Qoymaram ki, bir yaş axa gözündən
Heç çıxmaram inan mənə sözündən
Nə olar sevgilim məni də apar


Bu sənli dünyada sənsiz qalmamış
Hicran havasını erkən çalmamış
Həyat mənə dönüb zindan olmamış
Nə olar sevgilim məni də apar



Məni də apar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler xebere gore
  2. allah bendesi
    normal tewekkurler weir ucun
  3. crazy_reniw
    gozel seirdi sa ol emeye gore
  4. Eylül
    Ela şeirdi bəyəndim.Təşəkkürlər)
  5. sevgi^_^
    Aparibda etme qalmiwamsa tek rahat ve azad :D waka bir yana ela weirdi cox sagol oxumaga deyer
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.