Bilirsənsə öyrət mənə

16 Eylül 2015
1 539
2
Bilirsənsə öyrət mənə
Bilirsənsə öyrət mənə


Bilirsənsə öyrət mənə
Həsrəti öldürən gözəl
Unudmağı öyrət mənə
Sızlayan könül yarasın
Sağaltmağı öyrət mənə

Mən gülməyi unutmuşam
Gülürsənsə öyrət mənə
Sevilməyi unutmuşam
Sevirsənsə öyrət mənə

Bilirsənsə öyrət mənə

Eşq yükünü daşımağı,
Səni sənsiz yaşamağı,
Bilirsənsə öyrət mənə


Arzularla yatıb duran
Bir ümiddən dünya quran
İstirabı unutduran
Təbabəti öyrət mənə

Bilirsənsə öyrət mənə

Ürəyimi fəth etdiyin
Dərd çəkməyi öyrətdiyin
Gözlərində gizlətdiyin
Şücaəti öyrət mənə


Ömrüm hicrə səlnamədir
Mən bilməm ki sevda nədir
Məhəbbəti öyrət mənə

Bilirsənsə öyrət mənə

Əl uzatdım çatanmadım
Əllərindən tutanadım
Qəlbinə yol tapnmadım
Fərasəti öyrət mənə

Qışı bahar sanmaq üçün,
Ayrılığı danmaq üçün,
Ümidə aldanmaq üçün,
Cəhaləti öyrət mənə

Bilirsənsə öyrət mənə

Eşqimə atqaz edirsən,
Baharımı yaz edirsən,
Hər görəndə naz deirsən,
Naz etməyi öyrət mənə

Hicrindən döndüm dəliyə
Niyə sevməyirsən niyə
Sənsiz keçən hər saniyə
Ölməyi öyrət mənə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    tewekkurler weir ucun...
  2. crazy_reniw
    gozel seirdi beyendim ellerine saqliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.