Turş Adana şorbası resepti.

24 Mart 2015
1 378
0
Turş Adana şorbası resepti.
Turş Adana şorbası resepti.

Tərkibi:
250 q qiymə
250 q makaron
150 q noxud
6 diş sarımsaq
1 limonun suyu
150 q yağ
bulyon və ya su
duz
istiot
qırmızı pul istiot və quru nanə

Hazırlanması:
Noxudu axşamdan yuyub isladın, sabahı gün 2 litr suda bişirin. Bişənə yaxın makaron əlavə edib qaynatmağa davam edin. Sürtgəcdən keçirilmiş 1 baş soğan, qiymə, duz, istiotu qarışdırıb noxud boyda küftələr düzəldin. Bunları 100 q yağda bişirdikdən sonra qazandakı noxud və makaronun üzərinə əlavə edin. 1 st. limon şirəsi töküb bir buğum qaynadın. 1 ç.q. qırmızı istiot, 1 ç.q. nanə, duz və qara istiotu 50 q yağda qızarıb şorbaya qatın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.