Qəhvə dənəcikləri qurabiyyəsi resepti,kakao, olunub, paket, qabartma, vanil, nişasta, kirşanı, yumurta, çırpılır, bitki, əlavə, şəkər, yağlı

Qəhvə dənəcikləri qurabiyyəsi resepti

Qəhvə dənəcikləri qurabiyyəsi resepti
Tərkibi:
1 ədəd yumurta
150 qr əridilmiş kərə yağı
1 fincan bitki yağı
1 st. şəkər kirşanı
1 armudu st. nişasta
1 x.q. türk qəhvəsi
2 x.q. kakao
1 paket qabartma tozu
1 paket vanil
Un

Hazırlanması:

Qaba bitki yağı, kərə yağı, şəkər kirşanı və yumurta əlavə olunub mikserlə çırpılır. Üzərinə qabartma tozu, vanil, kakao, qəhvə və nişasta əlavə olunub təkrar çırpılır. Qarışığa un qatılıb (aparanacan) yumşaq xəmir yoğrulur. Xəmir kündələrə bölünüb yuvarlanır. Yuvarlaqlar astaca ortasından basılıb, yağlı kağız salınmış formaya düzülür. Qurabiyyələr 180 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq. bişirilir.

Nuş olsun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz