İdeal sevgili olmaq üçün... - MƏSLƏHƏT

05 Aralık 2016
1 471
0
İdeal sevgili olmaq üçün... - MƏSLƏHƏT
Sözsüz ki, hər kəs yaxşı, ideal sevgi münasibəti yaşamaq istəyir. Bunun üçün daxilindəki bütün müsbət xüsusiyyətləri ortaya qoyur. Bəs buna hər zaman nail olmaq mümkündürmü? Yaxşı sevgili olmaq üçün sizi bəzi ipucları ilə tanış edirik.


Nə demək istəyirsinizsə, onu söyləyin


Qadınlar kişilərdən daha fərqli düşüncəyə sahib olduqları üçün özlərini ifadə etmək istədikləri bəzi zamanlarda həddindən artıq həssas olurlar və təşvişə düşərək vəziyyəti daha da gərginləşdirə bilərlər. Ona görə də söyləmək istədiklərinizi tam olaraq ifadə etməyi bacarmalısınız. Əgər özünüzü necə hiss etdiyinizi soruşsalar, həqiqətən "yaxşı” deyilsinizsə, əsla yaxşı olduğunuzu söyləməyin. Zehin oyunları kişilərin xoşuna gəlmir, onları yorar. Qarşılarında özləri kimi açıq və dəqiq danışan bir qadın tapmaq hər zaman kişilərin xoşuna gəlir.


Onun da bir insan olduğunu unutmayın


Əgər yorğun, əsəbi və ya kefsizdirsə, imkan verin bu duyğularla yaşasın. Kişilərin də ara-sıra ətraflarındakı dünya ilə bağını qoparmağa haqqı var. Hər dəfə özünü yaxşı hiss etmədikdə və ya özünə qapandıqda bunu özünüzə və ya münasibətinizə bir təhdid olaraq qəbul etməyin. Nəzakət göstərin.


Sürpriz - həyatın ədviyyatı


Ondan tez yuxudan oyanıb işə getdiyiniz vaxt ona kiçik bir qeyd qoyun. Sizinlə ilkləri yaşamasını təmin edin, yanınızda qorxularıyla üzləşməsinə imkan verin. Vaxt keçdikcə bu təcrübələr və paylaşılan romantik anlar ikiniz arasındakı bağı gücləndirəcək.


Onu gücləndirin


Ona bir addım irəli getmək üçün siz də səy göstərin. İnanın ki, bunu etdiyinizə peşman olmazsınız. İstənildiyinizi bilmək sizin necə xoşunuza gəlirsə, onun da xoşuna gələcəyini unutmayın. Onun ən çox xoşunuza gələn istər ağlı, istər biliyi, istərsə də fiziki xüsusiyyətlərini bir iltifat qaynağı kimi istifadə edin. Bunları eşitdikcə özünü daha çox inkişaf etdirəcək və olduğundan daha yaxşı, daha güclü biri olacaq.


Marağınızı mühafizə edin


Əslində bu, tanış olduğunuz hər kəs üçün etibarlı olmalıdır. Hər kəsdən öyrəniləcək nəsə var. Başqa yeni insanlarla ünsiyyət qurmağı özünüzə məhdudlaşdırmayın. Hər dialoq qiymətli və maraqlıdır. Tərəfmüqabiliniz üçün də eyni şey keçərlidir. Onun da sizə öyrədə biləcəyi bir çox şeylər və bacarıqlarınızı inkişaf etdirmək üçün qatqısı ola bilər. Bunu qiymətləndirin.


Xüsusi hədiyyələr


Ona bir hədiyyə seçərkən şəxsiyyətini, zövqlərini və maraq sahələrini yada salın. "Bir kişiyə nə almaq olar?” yox, "sevgilimin nə xoşuna gələr?” sualını özünüzə verin.


Ortaq siyahı


Bir fərd kimi özünüzə xas olan siyahınızın olması təbiidir. Amma birlikdə siyahı yaratmaq münasibət üçün qidalandırıcıdır. Onun seçimlərini paylaşmaq və bunlarla əlaqədar səy sərf etməyiniz unudulmaz xatirələr yaratmağınıza kömək olar.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.