Alma marmeladı

02 Aralık 2014
1 859
0
Alma marmeladı
Alma marmeladı


Bu şirniyyatla həm uşaqları, həm də pəhriz saxlayanları sevindirə bilərsiniz: o, adamı kökəltmir.

Tərkibi:

5 iri alma
100 q şəkər tozu (alma çox şirindirsə, azaldın)
2 x.q. nişasta
100 ml su
20 q jelatin

Hazırlanması:


Jelatinin üzərinə su töküb şişməsini gözləyin.

Nişastanı azacıq suda əridin.

Almaların qabığını soyun, cecəsini çıxarın, sürtgəcin iri gözündən keçirin.

Qazana töküb üzərinə şəkər tozu səpin, su tökün. İti ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, qarışdıraraq 30-40 dəqiqə bişirin.

Suda əritdiyiniz nişastanı əlavə edib yaxşıca qarışdırın. Qaynara düşəndə götürün, qaynar-qaynar blenderdən keçirin (blender yoxdursa, ələkdən keçirin).

Jelatini tam əriyənədək qızdırın, alma püresinə qatıb yaxşıca qarışdırın.

Formanın içinə perqament, yaxud qida plyonkası çəkin, marmeladı tökün, hamarlayın.

Soyuducuda tam bərkiyənədək saxlayın.

Sonra formadan çıxarıb doğrayın.

Üzərini qoz-fındıq, ərik, kişmiş, qara gavalı ilə də bəzəyə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.