Cinsi gücü və istəyi artıran yay meyvəsi: mütəmadi yesəniz... – İNANILMAZ FAYDALARI
- Yeməkdən əvvəl yeyilən yemiş həzm sistemi orqanlarını təmizləyir.
- Böyrək-sidik kisəsi qumu tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.
- Babasil şikayətlərinə yaxşı təsir edir.
- Yemiş stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır.
- Qidalı liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçəngi riskini azaldır.
- Yemişin dənələrini qaynadıb suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını ala bilər.
- Qaraciyər xəstəliklərinə də yemiş dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Yemiş özü isə qaraciyəri təmizləyir, fəaliyyətini yaxşılaşdırır
- Yemiş bədənə sərinlik hissi verir. Yanan hissəyə yemiş qoyularsa, ağrı azalır və sağalmasına kömək edir.
- Mütəmadi yeyildikdə ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
- Ət bişirən zaman yemiş qabığı əlavə edilərsə, tez bişməsinə səbəb olar.
- Yemiş təbii afrodizyak sayılır. Bu meyvə qədim zamanlardan kişilərdə potensiyanı artıran təbii vasitə kimi tanınır. Gözəl ətri isə cütlüklərdə cinsi istəyi artırır.