ŞƏRQİN GƏNCLİK İKSİRİ: Damarları və ciyəri təmizləyir, dərini cavanlaşdırır! » Feat.Az Sekiller, Xeberler, Yazili

ŞƏRQİN GƏNCLİK İKSİRİ: Damarları və ciyəri təmizləyir, dərini cavanlaşdırır!

10 November 2017
290
0
ŞƏRQİN GƏNCLİK İKSİRİ: Damarları və ciyəri təmizləyir, dərini cavanlaşdırır!
Şərq iksiri resepti Ayurveda (sanskritcə, "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elmdeməkdir) üzrə kitablarda tövsiyə edilir. Bu reseptin faydaları haqqında bir çox tibet həkimləri və mütəxəssisləri, eləcə də şərq təbibləri öz yazılarında qeydlər ediblər.

İksiri ildə iki kurs müalicə olmaqla mütəmadi olaraq qəbul etmək lazımdır.
Feat.Az xəbər verir ki, bunun üçün 100 ml limon şirəsi, 200 qram bal, 50 ml zeytun yağı lazım olacaq.

Birinci kurs

Bütün komponentləri qarışdırın və acqarına bir çay qaşığı için. Gənclik iksirini gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.
İksir tamamilə bitdikdən sonra yarım il fasilə verin.

İkinci kurs
Yarım illik fasilə ərzində şərq iksiri adı verilən reseptin daha effektli olması üçün gündə bir dəfə zəncəfil çayı için.

0, 5 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfili 200 qram suda qaynadın, zövqə görə limon əlavə edin. Bu çayı ancaq quru meyvələr və marmeladla içmək olar. Amma çaya şəkər əlavə etmək qətiyyən qadağandır. Zaman keçdikcə zəncəfil dozasını təxminən 1 çay qaşığı artırmaq olar.

Bu vasitə immuniteti artırır, mədə-bağırsaq traktının fəaliyyətini yaxşlaşdırır, damarları və ciyəri təmizləyir, üzün rəngini yaxşılaşdırır, qırışların yaranması prosesini ləngidir, bədəni tonusda saxlayır.

Əgər siz də hər gün bu iksirdən qəbul etəsəniz, bir ay sonra özünüzü həm gümrah, həm daha güclü, həm də daha enerjili hiss edəcəksiniz!
publika.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz