23.10.2015 Gündəlik Bürclər (23 Oktyabr 2015)

22 Ekim 2015
4 265
6
23.10.2015 Gündəlik Bürclər (23 Oktyabr 2015)
23.10.2015 Gündəlik Bürclər (23 Oktyabr 2015)

QOÇ - Bürcünüz üçün kifayət qədər uğurlu bir gündəsiniz. Düzdür, saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Müəyyən sürprizlər də gözlənilir.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

XƏRÇƏNG - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək məharət deyil.


ŞİR - Planetlərin neqativ yerdəyişməsini nəzərə alıb, hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

QIZ - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

TƏRƏZİ - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.

ƏQRƏB - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.


OXATAN - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.

OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Hər sözünüzə diqqət edin.

SUTÖKƏN - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

BALIQLAR - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiməyəcək. Amma bugünkü təkliflərdən imtina etməlisiniz.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Sevginin Ilk Adi Menem
    Tesekkurler... burcumu oxudum yaxsi idi sagolun.
  2. -Aydan-
    OXATAN - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.

    -Pul var ki ehtiyatlıda olum 020
  3. AleDa
    • AleDa
    • 23 Ekim 2015 00:24
    Sitat: Sadə_İnsan
    TƏRƏZİ - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.
  4. SindireLLa
    --` Öz bürcümü oxudum. Təşəkkür)
  5. Laura
    • Laura
    • 22 Ekim 2015 19:58
    TƏRƏZİ - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.
  6. Minyon giril
    burclere elede inanmiram oz burcumu oxudum ellerive salik :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.