24.10.2015 Gündəlik Bürclər (24 Oktyabr 2015)

23 Ekim 2015
2 846
3
24.10.2015 Gündəlik Bürclər (24 Oktyabr 2015)
24.10.2015 Gündəlik Bürclər (24 Oktyabr 2015)

QOÇ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq, xüsusən də sevgidə. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız.

BUĞA - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

ƏKİZLƏR – Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

XƏRÇƏNG - Mənfi yüklü Ayın bürcünüzdəki neqativ mövqeyi fəaliyyət sahəsində uğurlarınıza mane olmayacaq. Amma yeni münasibət qurmaq, qlobal problemləri həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu deyil.


ŞİR - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.

QIZ - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

TƏRƏZİ – Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.

ƏQRƏB - Əgər qəlbinizdə kiçicik bir iman işığı varsa, gün ərzində Allaha zidd hərəkətlər etməyin. Əksinə, Yaradandan tövbə və bağışlanma diləyin. Heç kimin qəlbinə dəyməyin. Saat 16-19 aralığı çox uğurludur.

OXATAN - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

OĞLAQ - O qədər də əlverişli gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

SUTÖKƏN - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

BALIQLAR - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Öz bürcümü oxudum. TəşəkkürLər.
  2. -Aydan-
    OXATAN - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.
  3. AleDa
    • AleDa
    • 23 Ekim 2015 23:00
    TƏRƏZİ – Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.

    Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.