25.10.2015 Gündəlik Bürclər (25 Oktyabr 2015)

24 Ekim 2015
3 050
3
25.10.2015 Gündəlik Bürclər (25 Oktyabr 2015)
25.10.2015 Gündəlik Bürclər (25 Oktyabr 2015)

QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə özünüzü çox da üzməyəsiniz. Əks təqdirdə səhhətinizlə bağlı xoşagəlməzliklər mümkündür. İstənilən mübahisədən uzaq olun. Əsasən istirahət edin.

BUĞA - Çox maraqlı bir gün yaşayacaqsınız. Bir tərəfdən hadisələrin zövqünüzlə uyğunlaşması, digər tərəfdənsə maraqlı insanlarla rastlaşmağınız ovqatınızı yüksəldəcək.

ƏKİZLƏR - Yeni görüşlər üçün səmərəli vaxtdır. Yaxşı olar ki, əvvəlcədən təyin edilmiş işgüzar sövdələşmələri təxirə salmayasınız. Məhəbbətdə səmimi olun və kənar təsirlərə baş qoşmayın.

XƏRÇƏNG - Bir qədər təzadlı məqamlar yaşayacağınız gözlənilir. Buna baxmayaraq, yeni işgüzar əlaqələrə başlamağınız daxili nikbinliyinizi artıracaq. Təcrübəli adamlardan yararlanın.


ŞİR - Dualarınızın sayını artırın, ziyarətgahlara gedin. Çalışın ki, Tanrıya zidd olan hərəkətlərə yol verməyəsiniz. Belə etsəniz, ağrı-acılarınız da sovuşub gedəcək. Uzaq yola çıxmayın.

QIZ - Astroloji göstəricilər gün ərzində səhhətinizlə bağlı problemlərin artacağını bildirir. Yaxşı olar ki, fiziki işləri təxirə salıb istirahətə üstünlük verəsiniz. Ac qalmayın.

TƏRƏZİ - Qeyri-adi heç nə gözlənilməsə də, gününüzü maraqlı etmək üçün canfəşanlığınızı artırmalısınız. Darıxdığınız adamların əhatəsində olun. Keçmiş problemlərdən danışıb özünüzü yormayın.

ƏQRƏB - Deyirlər insanın hər şeydən əli üzüləndə məhəbbət budağından yapışır. Ulduzlar da bu təqvim üçün sizə məhz həmin tövsiyələri təlqin edir. Qəlbinizi sevgisiz qoymayın, mərhəmət göstərin.

OXATAN - Bir qayda olaraq bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaradır. Lakin bu, saat 14-dən sonra mümkün ola bilər. O vaxta qədərsə istənilən mübahisədən yayınmalı, ölçülü-biçili danışmalısınız.

OĞLAQ - Təxminən saat 15-ə qədər özünüzü təmkinli apara bilsəniz, gözlənilən təlatümlərdən qurtulacaqsınız. Sonrakı ərəfədə isə iki sürprizlə qarşılaşacaqsınız. Onların biri pulla bağlıdır.

SUTÖKƏN - Ola bilsin ki, çoxdan görmədiyiniz xeyirxah adamlarla rastlaşasınız. Belə olarsa, öz problemləriniz haqqında onlara danışmaq olar. Bu gün savab işlərinizin sayını artırın.

BALIQLAR - Kifayət qədər uğurlu gündür. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli sövdələşmələrdə, istərsə də maliyyə uğurlarına yetişməkdə ulduzlar sizə yaxından yardımçı olacaq.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Öz bürcümü oxudum. Məlumata görə təşəkkür.
  2. Demir
    • Demir
    • 25 Ekim 2015 11:20
    Gunler cox sixicidir amma mueyyen qeder oxwarliq var
  3. AleDa
    • AleDa
    • 24 Ekim 2015 21:27
    Terezı.
    Eh butun gunum dunenkı gunun eynısıdı. Hec bır deyısıklık yoxdu((
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.