15.01.2016 Gündəlik Bürclər (15 Yanvar 2016)

14 Ocak 2016
3 469
2
15.01.2016 Gündəlik Bürclər (15 Yanvar 2016)

15.01.2016 Gündəlik Bürclər (15 Yanvar 2016)

Qoç - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

Buğa – Bu təqvimin dini-mistik mahiyyətini anlamağa çalışın. Tanrıya zidd olan addımlardan yayının, müqəddəs ocaqlara gedin. Çalışın ki, dilinizdən yalnız xoş sözlər, dualar çıxsın.

Əkizlər - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

Xərçəng - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.


Şir - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyin. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

Qız - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var. Tədbirli olun.

Tərəzi - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

Əqrəb - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

Oxatan - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

Oğlaq - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şans qazanacaqsınız.

Dolça - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

Balıqlar - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Ayselka
    • Ayselka
    • 15 Ocak 2016 02:03
    Salam herkese
  2. alara
    • alara
    • 14 Ocak 2016 21:47
    axi niye bele seyler gozlemirdim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.